Modern.az

İsrail Suriyaya verilən S-300 raketlərindən qorxmur

İsrail Suriyaya verilən S-300 raketlərindən qorxmur

3 Oktyabr 2018, 15:34

İsrail tərəfi S-300 raket sistemlərinin Suriyaya çatdırılmasının onları dayandırmaycağını bildirib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, İsrail müdafiə naziri Aviqdor Liberman bu komplekslərə şad olmadıqlarını da dilə gətirib.

 

“Mən S-300-lərə şad olduğumuzu söyləyə bilmərəm. Bununla yanaşı bu, bizim qərar qəbul etməmək kimi çıxış yolumuzun olmadığı bir mövzudur. İstənilən halda biz avantüra axtarmırıq. Biz sadəcə öz həyatı əhəmiyyətli maraqlarımızı müdafiə etməyə çalışırıq. Təəssüf ki biz elə bir şəraitdəyik ki, təhlükəsizliyimiz sahəsində heç bir kompromisə gedə bilmərik” – Liberman Kan radiosuna müsahibəsində bildirib.

 

O, həmçinin İL-20 kəşfiyyat təyyarəsinin vurulması ilə bağlı bütün məsuliyyətin Suriya tərəfinin üzərinə düşdüyünü qeyd edib.

“Məhz Suriya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Rusiyaya məxsus İL-20 təyyarəsini vurub, bütün məsuliyyət Suriyanın üzərinə düşür” – nazir vurğulayıb.

 

Qeyd edək ki, sentyabrın 18-də Rusiyaya məxsus İL-20 kəşfiyyat təyyarəsi İsrail qırıcılarına qarşı əməliyyat zamanı Suriya HHM qüvvələri tərəfindən səhvən vurulub. Bundan sonra Rusiya tərəfi Suriyanın hava məkanını gücləndirmək üçün bu ölkəyə S-300 komplekslərini verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU