Braziliyada həbsxanadan qaçan məhbuslardan bir hissəsi zərərsizləşdirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Tikantis ştatında həbsxanadan qaçan məhbuslarla polis arasında toqquşma yaranıb. Yerli mətbuat yazır ki, məhbuslardan 10-u məhv edilib.
Qeyd edək ki, daha öncə məhbusların həbsxanada qiyam qaldırdıqları bildirmişdi. Onlar həbsxanada dərs keçən müəllimi girov götürmüş və iki mühafizəçinin silahını almağa müvəffəq olmuşdurlar.
Qaçan məhbusların saxlanılması istiqamətində aparılan əməliyyat zamanı 10 məhkum zərəsizləşdirilib. Hazırda daha 10 məhbusun axtarışları istiqamətində əməliyyat aparılır.