Sudan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Xartumadakı aeroportda toqquşub. Modern.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Al-Arabiya” telekanalı məlumat yayıb.
Qəzanın təfərrüatı məlum deyil.
Bloqer Vitali Trubnukov “Facebook” hesabında qəzada Ukrayna istehsalı An-26 və An-32 təyyarələrinin toqquşduğunu bildirib.
Hadisə zamanı ölən olmayıb. Xartuma aeroportu bir müddətlik fəaliyyətini dayandırıb.