Modern.az

Bakının bu küçə və prospektlərində hərəkət iflic olub

Bakının bu küçə və prospektlərində hərəkət iflic olub

4 Oktyabr 2018, 18:44

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

 

Modern.az-ın məlumatına görə, bu dəqiqələrdə paytaxt yollarında, o cümlədən Azadlıq prospektinin 28 May küçəsi ilə kəsişməsi istiqamətində, Dilarə Əliyeva küçəsi – "Nizami" metro stansiyası istiqamətində, Rəşid Behbudov küçəsi – Bakıxanov istiqamətində, Vaqif küçəsi – Zorge parkı istiqamətində, Bəxtiyar Vahabzadə küçəsi – Mətbuat prospekti istiqamətində, Füzuli küçəsi – Qış parkı istiqamətində və Şah İsmayıl Xətai küçəsi – Heydər Əliyev Mərkəzi isitqamətində sıxlıq müşahidə edilir.

 

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində də ləngimələr qeydə alınır.

Hazırda yol polisi əməkdaşları bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətini tənzimləməklə məşğuldur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?