Modern.az

ABŞ-dan Şimali Koreyaya qarşı yeni sanksiyalar

ABŞ-dan Şimali Koreyaya qarşı yeni sanksiyalar

Dünya

4 Oktyabr 2018, 20:29

ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı yeni sanksiyalar qəbul edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şirkət və şəxslər təkcə Şimali Koreyaya aid olmayıb. Belə ki, onların arasında Türkiyənin iki vətəndaşı və bir şirkəti yer alıb.

 

Ərhan Çulha və Hüseyn Şahin adlı şəxslərə, eyni zamanda “SİA Falkon İnternational” şirkətinə də sanksiya tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama