Modern.az

Təbii fəlakət qurbanlarının sayı 1558 nəfərə çatdı

Təbii fəlakət qurbanlarının sayı 1558 nəfərə çatdı

5 Oktyabr 2018, 00:17

İndoneziyada zəlzələ və sunami qurbanlarının sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsi 1558 nəfərin ölməsi ilə bağlı məlumat yayıb.

 

Məlumata görə, təbii fəlakət zamanı 2,5 mindən çox insan xəsarət alıb. 113 nəfər itkin düşüb. Daha 150 nəfər dağıntılar altında qalıb.

 

Qeyd edək ki, İndoneziyada 6,1 bal gücündə zəlzələ sentyabrın 28-də, səhər saatlarında baş verib. Palu şəhəri yaxınlığında qeydə alınan yeraltı təkanlar böyük dağıntılara səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU