Modern.az

“Ehtiyatlı olmalıyıq” – Deputatdan həmkarlarına ÇAĞIRIŞ

“Ehtiyatlı olmalıyıq” – Deputatdan həmkarlarına ÇAĞIRIŞ

5 Oktyabr 2018, 14:04

“Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta cənab prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq”.

Modern.az xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Kamran Nəbizadə deyib.

Deputat Rusiya parlamentinin üzvü  Konstantin Zatulinin son bəyanatı haqqında da danışıb.

O bildirib ki, bu bəyanat Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur:

“Bu ermənipərəst bir insanın bəyanatıdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarını bəzən bizi sevməyən qüvvələr rəsmi don geydirmək istəyir. Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?