Modern.az

Trampdan Corc Sorosa ittiham

Trampdan Corc Sorosa ittiham

Dünya

5 Oktyabr 2018, 21:12

ABŞ Prezidenti Donald Tramp Soros Fondunun rəhbəri Corc Sorosu ittiham edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Trampın iddiasına görə, Soros Ali Məhkəmə sədri vəzifəsinə namizəd irəli sürülən Bret Kavanoya qarşı etiraz aksiyalarına maliyyə ayırıb.

 

D.Tramp namizədliyi açıqlandıqdan sonra etirazçıların B.Kavanonun ofisinə hücum çəkdiyini misal gətirərək onları senatorları mənfi imicdə təqdim etmək üçün Soros və başqalarının tutduqları muzdlu peşəkarlar kimi səciyyələndirib.

 

Qeyd edək ki, ötən gün ABŞ Konqresinin binalarında hüquq-mühafizə orqanları tərəfindən 300-dən çox nümayişçi saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama