Modern.az

Zəvvarları aparan avtomobil dərəyə aşdı: 9 ölü

Zəvvarları aparan avtomobil dərəyə aşdı: 9 ölü

Dünya

5 Oktyabr 2018, 23:21

Hindistanın şimalında zəvvarları aparan avtomobil 150 metr dərinlikdə dərəyə aşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb. Daha 5 nəfər yaralanıb. Hadisə isə ölkənin Uttarkaşi şəhərində baş verib.

 

Məlumata görə, furqondakı zəvvarlar Himalayda yerləşən Qanqotri məbədindən qayıdırmışlar. Sərnişinlərdən birinin sözlərinə görə, hansısa anda “avtomobil qəfildən yoldan çıxıb”. Avtomobildə 13 zəvvar olub. Ölənlərdən 8-i zəvvar, 1-i sürücüdür. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin dəqiq səbəbi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama