Modern.az

Konqres Kavanonu Ali Məhkəmənin üzvülüyünə təsdiq edib

Konqres Kavanonu Ali Məhkəmənin üzvülüyünə təsdiq edib

7 Oktyabr 2018, 00:58

ABŞ Senatı Brett Kavanonu Ali Məhkəmənin üzvü vəzifəsinə təsdiq edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kavanonun namizədliyi üzrə səsvermə keçirilərkən Vaşinqtonda Ali Məhkəmə və Konqres binaları qarşısında onun bu vəzifəyə təyinatına qarşı etirazlar davam edib.

 

Səsvermə zamanı qapı arxasında olan və əksəriyyətini qadınlar təşkil edən etirazçıların qışqırıq səsləri eşidilib. Onlar iclasın gedişatına mane olmağa çalışıblar. Bu səbəbdən vitse-prezident Mayk Pens təsdiqetmə prosedurunu bir neçə dəfə dayandırmalı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?