Modern.az

Ankara və Moskva İdliblə bağlı razılaşdı

Ankara və Moskva İdliblə bağlı razılaşdı

8 Oktyabr 2018, 15:38

Türkiyə və Rusiya Suriyada silahlardan təmizlənmiş ərazinin sərhədlərini müəyyən edib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin müavini Sergey Verşinin bu razılığın iki prezident arasında əldə edildiyini bildirib.

 

Onun sözlərinə görə, bu ərazinin sərhədləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin arasındakı razılıq əsasında təyin edilib.

 

“Silahlardan təmizlənmiş ərazinin sərhədləri müəyyən edilib” – Verşinin bildirib.

O, iki ölkə hərbçiləri arasında yaxşı münasibətlərin olduğunu da qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur