Modern.az

Zahid Oruc və Mübariz Qurbanlıdan yeni təklif

Zahid Oruc və Mübariz Qurbanlıdan yeni təklif

18 Oktyabr 2011, 17:10

Parlamentin bugünkü iclasında deputatlardan bəziləri yeni qanunlar barədə təkliflər səsləndiriblər.
Millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin müstəqilliklə bağlı dünən keçirdiyi rəsmi qəbulda 1991-ci ildəki vəziyyətlə bağlı dediklərindən nümunə götürməyə çağırıb.

Onun sözlərinə görə İlham Əliyev tədbirdəki çıxışında 91-ci ildən heyfslənərək danışıb, heç kimi aşağılamayıb. Deputatın fikrincə, Azərbaycanın müstəqilliyi Heydər Əliyev və İlham Əliyevlə bağlıdır.
“Məhz bu baxımdan qanun layihəsinin qəbuluna böyük ehtiyac var”-deyə Z.Oruc qeyd edib.

Deputat Mübariz Qurbanlı isə bildirib ki, mərhum dövlət başçısı Heydər Əliyevin irsi haqqında qanuna böyük ehtiyac var..

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...