Modern.az

Arif Rəhimzadənin istiqlalçı deputatlar barəsində dediklərinə Sabir Rüstəmxanlı etiraz etdi

Arif Rəhimzadənin istiqlalçı deputatlar barəsində dediklərinə Sabir Rüstəmxanlı etiraz etdi

18 Oktyabr 2011, 17:56

Milli Məclisin bu gün keçirilən iclasında deputat Arif Rəhimzadə də çıxış edib. O bildirib ki, 1991-ci ildə keçmiş Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə 43 deputatın səs verməsi yalnış məsələdir.
Modern.az saytının məlumatına görə, A.Rəhimzadə deyib ki, bu məsələ həmin mart ayının 8-də müzakirəyə çıxarılıb. “Bu məsələ ondan ibarət idi ki, deputatlar Azərbaycanın SSRİ-nin tərkibində qalmasına ya referendum yolu ilə  razılıq verməli idilər, ya da bunun o vaxtki Ali Siovet tərəfindən həll olunmasına razılıq verməli idilər”.

Arif Rəhimzadə bildirib ki, o zaman rəhbərliyə inanmadığı üçün bu məsələnin referendum yolu ilə həllininə imza atıb.
“Sadəcə bu gün məsələ ilə bağlı yanlışlıqlar var. Guya 43 nəfər deputat müstəqillik aktına imza atib”.

A.Rəhimzadənin bu sözləri millət vəkili Sabir Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki,  Arif Rəhimzadənin dediyi sözlər həqiqətə uyğun deyil.
“Doğurdan da həmin vaxt SSRİ-nin saxlanılıb-saxlanılmaması məsələsi müzakirəyə çıxarılıb və SSRİ-nin saxlanmamasına qarşı çıxanlar elə müstəqilliyimizə imza verən deputatlar kimi dəyərləndirməlidirlər. Ola bilsin ki, Arif Rəhimzadənin yaddaşında bu cür qalsın, ancaq həqiqət mən dediyim kimidir, Arif Rəhimzadənin dediyi kimi deyil”-deyə S.Rüstəmxanlı bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı