Modern.az

Gənclər “Mənim 20 yaşım var” adlı konfrans keçirib

Gənclər “Mənim 20 yaşım var” adlı konfrans keçirib

18 Oktyabr 2011, 18:06

Oktyabrın 18-də Kooperasiya Universitetinin akt zalında Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar universitetin Tələbə Gənclər Təşkilatı və Gənclər Təşkilatları Milli Şurasının büro üzvlərinin iştirakı ilə “Mənim 20 yaşım var” adlı konfrans  keçirilib. 

Tədbirdə çıxış edən Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru Bəyalı Ataşov müstəqiliyyimizin keçdiyi yola nəzər salaraq bildirib ki, Azərbaycan bir əsrdə ikinci dəfə öz müstəqilliyini qazanıb. “Bu çox mühüm bir işdir. Bu gün Azərbaycan xalqı müstəqildir, öz sərvətlərinin sahibidir. Azərbaycan dünyaya səs salıb və müstəqil ölkələr arasında öz imzası var”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə  Heyətinin üzvü Heydər Atayev bildirib ki, illi Şura bu gün beynəlxalq əlaqələrini genişləndirib.
“Biz Avropa Gənclər Forumunun üzvüyük. Bütün bunlar isə müstəqilliyin bizə verdiyi tövhələrdir”.

Milli Şuranın idarə heyətinin üzvü Azər Cavadov bildirib ki, bu gün Azərbaycan artıq dünya miqyasında öz sözünü deyən bir ölkəyə çevrilib.

Tədbirin sonunda müstəqilliyin bərpasının 20 ilinə həsr olunmuş film nümayiş etdirilib.



Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...