Modern.az

Eldar İbrahimov Arif Rəhimzadəni müdafiə etdi

Eldar İbrahimov Arif Rəhimzadəni müdafiə etdi

18 Oktyabr 2011, 18:39

“1991-ci ildə 43 deputat referendumun əleyhinə imza atdılar, Müstəqillik Aktı başqa şeydir”

Bu gün Milli Məclisdə müzakirələr zamanı deputat Eldar İbrahimov bildirib ki, o da müstəqilliyə səs verən deputatlar sırasında olub.

Modern.az saytı xəbər verir ki, millət vəkili “burada 43 şəxsin adını çəkirlər, amma onlar müstəqilliyə deyil, referundumun əleyhinə imza atıblar. Müstəqilliklə referundum tamam başqa məsələlərdir” deyə qeyd edib.

“Yaxşı yadımdadır. Konstitusiya Aktı deyəndə zalda oturanların hamısı ayağa qalxdı. O zaman çoxunun gözündən istər-istəməz yaş gəldi. Mən də bu Müstəqillik Aktına səs verən deputatlardanam. Çünki Müstəqillik Aktına imza atmaq müstəqil olmaq deməkdir və müstəqilliyin mənasını Naxçıvanda Heydər Əliyevdən dadmışdım.
Hesab edirəm ki, 43 deputat məsələsi ilə burada çaşqınlıq yaradırlar”.

Qeyd edək ki, MM-in komitə rəhbəri Arif Rəhimzadə də jurnalistlərə açıqlamasında eyni fikirlər səsləndirmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...