Oktyabrın 18-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Türkiyənin Baş naziri İlham Əliyevə Dövlət Müstəqilliyi günü münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Modern.az