Modern.az

65 yaşı tamam olan deputatı Prezident mükafatlandırdı

65 yaşı tamam olan deputatı Prezident mükafatlandırdı

19 Oktyabr 2011, 19:53

Oktyabrın 19-da Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun ad günüydü. Modern.az saytının məlumatına görə, deputat 65 yaşını tamam edib.

Valeh Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilib. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.

1970-ci ildən «Permneft» birliyi «Kunqurneft» NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən «Permneft» Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləybi. 1985-ci ildən «Muradxanlı» NQÇİ-nin baş mühəndisi, idarə rəisinin müavini, 1987-ci ildən «Azərneft» Birliyinin baş mühəndisi, baş direktorunun müavini, 1992-ci ildən «Azərneft» Dövlət Konserninin vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olub, 1995–2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bitərəfdir.

Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 2005-ci il dekabrın 2-dən 2010-cu il noyabrın 29-dək parlament sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri işləyib.
 
2010-cu il noyabrın 7-də yenidən deputat seçilib. 102 saylı Samux-Şəmkir seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə mandat qazanıb.
Hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.
Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri, Azərbaycan – Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir.
Evlidir, 4 övladı var.

Prezident İlham Əliyev oktyabrın 19-da Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Valeh Feyruz oğlu Ələsgərovu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı