Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qazaxıstan nəzərədə tutulan bugünkü səfəri təxirə salınıb. Modern.az saytının Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ərdoğanın belə bir qərar verməsinə səbəb PKK hücumu nətyicəsində 24 türk əsgərinin şəhid olması, 18-nin yaralanmasıdır.
Makedoniyada səfərdə olan Baş nazirn müavini Bülənt Arınc da təcili Türkiyəyə qayıdıb.
Qeyd edək ki, ötən gecə Türkiyənin Çuxurca bölgəsində PKK terrorçularının qəfil basqını nəticəsində Türkiyə Silahlı Qüvvələri ağır itkiyə məruz qalıb. Əsasən qrantomyotlarla silahlanan terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələri 24 şəhid verib, 18 əsgər də yaralınıb.
Modern.az