Modern.az

Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəz yeni inzibati binaya köçüb

Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəz yeni inzibati binaya köçüb

19 Oktyabr 2011, 14:06

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli qurumlarının yeni inzibati binalarla təminatı və onların iş şəraitinin yaxşılaşdırılması, vətəndaşlara xidmətin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda «Vahid Pəncərə» prinsipinin tətbiqi istiqamətində məqsədyönlü işlərin davamı olaraq 19 oktyabr tarixində Bakının Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verilib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib. Bu sahədə görülən işlər bir tərəfdən nazirliyin yerli strukturlarında çalışan kollektivlərin normal iş şəraitində işləməsinə, eyni zamanda onların «Vahid Pəncərə» prinsipi üzrə  əlaqəli fəaliyyət göstərməklə sosial müdafiə tədbirlərini daha effektli təşkil etməsinə, vətəndaşlara xidmətin yaxşılaşmasına şərait yaradıb.

Yaxın vaxtlarda isə Bakının Suraxanı və Xəzər rayonlarının ƏSMM-lərinin yeni inzibati binalarla təmin edilməsi nəzərdə tutulur.

Xüsusi lahiyə əsasinda tikilmiş yeni inzibati binalarda Nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasinda qurulmuş lokal şəbəkə fəaliyyət göstərir. Nazirliyin mərkəzi serveri ilə birbaşa əlaqəsi olan bu sistem bölgələrdən məlumatları dərhal qəbul etməyə, əhalinin sosial müdafiəsi ilə bağlı məsələləri operativ həll etməyə imkan verir.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...