Modern.az

Hulusi Kılıç: "Azərbaycanımızın bayrağının sonsuza qədər dalğalanmasını diləyirəm"

Hulusi Kılıç: "Azərbaycanımızın bayrağının sonsuza qədər dalğalanmasını diləyirəm"

19 Oktyabr 2011, 14:22

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan xalqına təbrik ünvanlayıb. Modern.az-ın məlumatına görə, səfirin bayram təbrikində deyilir:

- Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü qardaş Azərbaycanda qeyd etməkdən böyük qürur və sevinc hissi keçirdiyimi bildirmək istəyirəm. Azərbaycanımızın müstəqilliyinin əbədi olmasını və bayrağının göylərdə sonsuza qədər dalğalanmasını diləyirəm.

Bu münasibətlə Azərbaycanlı bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə can sağlığı, firavanlıq, xoşbəxtlik, sevinc dolu günlər diləyir və qardaş xalqın sülh və sabitlik içində yaşamasını arzu edirəm.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...