Modern.az

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Akif Aşırlı, Aqil Abbas, Natiq Cavadlı)

İlk iş yeri və ilk iş günü necə yadda qalıb? (Akif Aşırlı, Aqil Abbas, Natiq Cavadlı)

Media

19 Oktyabr 2011, 15:53

Modern.az saytı ötən həftədən jurnalistlərlə yeni layihəyə başlayıb. Bu layihədə jurnalistlərdən ilk iş yerini və ilk iş gününü necə xatırdıqlarını xəbər alırıq.  

Budəfəki müsahiblərimiz “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ədalət” qəzetinin sabiq baş redaktoru, deputat Aqil Abbas,  müstəqil jurnalist Natiq Cavadlıdır. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirdi ki, onun jurnalist kimi ilk fəaliyyəti 1990-cı ilin sentyabr ayına təsadüf edir. O dostlarının məsləhəti ilə “7 gün” qəzetinə gedib. Bu tarixə qədər yazdığı yazıları qəzetin baş redaktoru Emin Eminbəyliyə təqdim edən Akif Aşırlı ondan iş üçün müsbət cavab almağa nail olur. “Emin Eminbəyli yazılarıma baxdı və dedi ki, “bizimlə birgə işləyə bilərsənmi?””.

Bu hadisədən sonra Akif Aşırlı mətbuatda müntəzəm olaraq cap olunmağa başlayıb. “7 gün” qəzerində ilk yazısı fəhlə üsyanı ilə bağlı olub.
“5 saylı taksi parkında fəhlələr etiraz aksiyası keçirirdilər. Hadisə yerinə getdim, bir neçə fəhlə ilə və məsul şəxslərlə danışdım. Bu hadisədən bir reportaj hazırladım. Yazını oxuyan Emin Eminbəyli qəzetdə çap olunmasına qərar verdi.
A.Aşırlı deyir ki, o vaxt çalışdığı qəzetdə Azərbaycan mətbuatında xüsusi çəkisi olan şəxslərlə birgə çalışıb.

“Həmin vaxt “7 gün” qəzeti “Azərbaycan” nəşriyyatında yerləşirdi. Qəzetin cəmi bir otağı, bir makinası var idi. Arzu adlı gənc bir qız da o makinada sürətlə yazıları yığırdı. Emin Eminbəyli isə jurnalistlərə mövzuları izah edir, onları istiqamətləndirirdi. Bütün bu prosesi qəzetdə yeni işə başlayan jurnalist olaraq maraqla izləyirdim”.

“Azərbaycan” nəşriyyatının səs-küylü yeməkxanası da Akif Aşırlının yaddaşında xüsusi iz buraxıb. Çünki qəzetin bir neçə əməkdaşı ilə dostluğu məhz burdan başlayıb. Artıq həmin tarixdən 21 il ötür... 

***

İkinci həmsöhbətimiz Aqil Abbasın jurnalistlik fəaliyyəti “Elm və həyat” jurnalından başlayıb. Jurnalın baş redakoru Həsən Mehdi onu işə götürərkən məsul katibin müavini təyin edib.
“1976-cı ildə xırda bir işlə fəaliyyətə başlamışam. Jurnalın məsul katibin müavini olsam da, əslində fəhlə idim”.

Jurnalda fəaliyyətə başladığı ilk günləri Aqil Abas belə xatırlayır: “Altı nəfərlik otaqda otururduq. Otaqda səs-küy əlindən durmaq olmudu. Bu səs-küydə mən kitab yazırdım. “Batmanqılınc”, “Ən xöşbəxt adam” həmin illərdə qələmə alınıb. Buranın səs-küyü məndə istənilən şəraitdə yazı yazmaq bacarığını formalaşdırdı. İndi konsertdə də, stadionda da oturub yazı yaza bilərəm”.

Aqil Abbas daha sonra jurnalist olmaq arzusunu reallaşdırmaq istəklərindən də söz saldı. “Elm və həyat” jurnalında fəlaiyyətə başlayana qədər o, Ağdamda müəllim vəzifəsində çalşıb.

Jurnalistikaya marağı o qədər böyük olub ki, Aqil Abbasın rayonda işləyə-işləyə Baskıda iş axtarıb. Bir müddət məşğul olduğu müəllim peşəsinin isə ona görə olmadığını deyir.
“Düzdür müəlim işi də yaxşıdır, ancaq mənə görə deyil, mən jurnalist olmaq arzusunda idim”.  

İlk jurnalist vəsiqəsinin verilməsi isə Aqil Abbasın əməlli-başlı sevincinə səbəb olub. həmin hadisəni indi A.Abbas belə xatırlayır. “İlk vəsiqəsini alanda çox kövrəlmişdim. İndi də danışan zaman kövrəlirəm. İndiyə kimi həmin vəsiqə qalıb. Vəsiqədə müxbir yazılmışdı. Səhv etmirəmsə, avqustun 19-u idi.  Çox sevinirdim ki, mən artıq jurnalist kimi çalışıram”.

Aqil Abbasın sözlərinə görə, o vaxt jurnalistikaya düşmək çox çətin idi. Bu baxımdan indiki jurnalistlər çox şanslıdırlar. “O vaxt jurnalistikaya düşmək üçün pul vermək lazım idi, eyni zamanda səni kimsə tapşırmalı idi. Əlimdə 5 min manat “Azərbaycan gəncləri” qəzetində ştatdankənar müxbir çalışmaq üçün müraciət etmişdim”.

***

Natiq Cavadlı
jurnalist fəaliyyətinə 1992-ci ildə Yadigar Məmədlinin baş redaktoru olduğu “Haray” qəzetində başlayıb. Bu qəzet bağlandıqdan sonra Natiq Cavadlı “Olaylar” qəzetinə gedib.

“Fəaliyyətə başladığım dövrdə jurnalistika indiki kimi inkişaf etməmişdi. Kompüter yox idi, yazıları əllə yazırdıq. Bəzən olub ki, bir yazını 2-3 dəfə yazım”.
İlk iş gününü müsahibimiz belə xatırlayır.

N.Cavadlı deyir ki, o dövrün jurnalistikası daha maraqlı olub, indiki jurnalistika onun üçün maraqsızdır.
“O vaxtın jurnalistikasında mübarizə var idi... Məsələn, 98-ci ildə qəzetlər də çox idi. Aksiya olurdu, bir də görüdün ki, 20 qəzet etiraza qoşulub. Eyni zamanda mərhum prezident Heydər Əliyev də jurnalistlərə maraqlı mövzular verirdi. Bir dəfə Sumqayıtda müşavirədə icra başcısını narkoman adlandırmışdı”..

Jurnalist fəaliyyəti ilə məşğul olduğu müddətdə N.Cavadlı çox sayda maraqlı hadisələrin şahidi olduğunu söyləyir.
““Milliyyət” qəzetində parlament müxbiri idim, bir dəfə Milli Məclidə iclas idi... Cəlal Əliyev danışırdı. Birdən Cələl Əliyevi kimisə təhqir etdi. Biz də başladıq bərkdən gülməyə, səsimizi  Cəlal Əliyev də eşitdi, jurnalistlərə tərəf dönüb “hansı şərəfsiz idi mənə gülən?” deyə soruşdu. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqin Babayev yanımıza gəlib dedi ki, “buranı tərk edin, yoxsa başınız ağrıyacaq”. Ancaq spiker Murtuz Ələsgərov hamını sakitləşdirdi, dedi ki, “hörmətli Cəlal müəllim səs zaldan gəldi, gülən jurnalistlər deyildi”.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi