Modern.az

Vüqar Bayramov Qarabağ ermənilərinin beynəlxalq forumda iştirakının qarşısını alıb

Vüqar Bayramov Qarabağ ermənilərinin beynəlxalq forumda iştirakının qarşısını alıb

19 Oktyabr 2011, 16:01

Oktyabrın 17-18-də Brüsseldə  Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin  növbəti yığıncağı keçirilib. Qeyd edək ki, tədbirdə gələn ay Polşanın Poznan şəhərində təşkil ediləcək beynəlxalq forumla  bağlı məsələlər müzakirə olunub. Bu zaman Dağlıq Qarabağda yaşayan  ermənilərin 2 nümayəndəsinin iştirakı məsələsi də gündəliyə daxil edilib. İdarə heyətinin ermənistanlı üzvləri Qarabağ ermənilərinin qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələri kimi foruma dəvət edilməsinə nail olmağa çalışsalar da, Azərbaycanın təmşilçisi - Şərq Tərəfdaşlıq VCF üzrə milli kordinator Vüqar Bayramov bunun qarşısını alıb.

V.Bayramovun özünün verdiyi məlumata görə, müzakirələr gərgin keçib: “Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağdan ermənilərin dəvət ediləcəyi halda Qarabağın Azərbaycan icmasından da eyni sayda nümayəndənin dəvət edilməsini irəli sürdüm. Tərəflərin birinin Qarabağın erməni icması, digərini isə Azərbaycan icması nümayəndəsi kimi təqdim edilməsinin zəruruliyini bildirdim. Bütün hallarda hər iki tərəfin Azərbaycanı təmsil etməsinin alternativsizliyini söylədim. Erməni tərəfi bu təklifə etiraz etdiyindən məsələ Avropa Komissiyasının rəhbərliyi ilə müzakirə olundu. Müzakirələrdə bir daha bildirdim ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir və qondarma respublika heç bir ölkə tərəfindən tanınmır. Buna görə də, Qarabağ erməniləri yalnız Azərbaycan nümayəndələri kimi dəvət edilə bilərlər. Uzun sürən müzakirələrdən sonra idarə heyəti Qarabağ ermənilərinin foruma dəvət edilməsinin yolverilməzliyi haqqında qərar çıxardı. Bunula da qondarma respublika nümayəndələrinin beynəlxalq forumda iştirakının qarşısı alındı”.

Qeyd edək ki, AB Şərqi Tərəfdaşlıq Prorqamının İdarə Heyətində ermənilər 3, gürcülər 2 nəfərlə təmsil edilir. V.Bayramov isə Azərbaycanın yeganə təmsilçisidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal