Modern.az

Bakcell Azerfon-la şəbəkələrarası MMS xidmətini təqdim edir

Bakcell Azerfon-la şəbəkələrarası MMS xidmətini təqdim edir

19 Oktyabr 2011, 16:06

Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti özünün “Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, abunəçilərinin daha yaxından ünsiyyət qura bilməsi üçün yeni imkanlar təqdim edir. Həyatlarının yaddaqalan anlarını dostları və yaxınları ilə bölüşmək istəyən Bakcell abunəçiləri oktyabrın 19-dan başlayaraq Azerfon-Vodafone və Nar Mobile abunəçilərinə MMS göndərə və onlardan MMS qəbul edə biləcəklər.

Telefonunda MMS xidmətini aktivləşdirən Bakcell abunəçilərinin digər mobil operatorun abunəçilərinə göndərdikləri bir MMS-in qiyməti cəmi 0,08 AZN təşkil edəcək.

Bakcell və Azerfon-Vodafone abunəçiləri arasında MMS xidmətindən yararlanın və həyatınızın ən gözəl anlarını yaxınlarınızla bölüşün!

Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...