Modern.az

Ədalət bərpa olundu: Modern.az-ın yazısı mükafata layiq görüldü!

Ədalət bərpa olundu: Modern.az-ın yazısı mükafata layiq görüldü!

20 Oktyabr 2011, 12:41

Modern.az saytında verilmiş “Caspian NavTel” şirkəti məni necə ziyana saldı...” başqalıqlı yazı “Caspian NavTel” şirkətinin media əhli üçün elan etdiyi “Mən yolumu tanıyıram” adlı yazı müsabiqəsində xüsusi mükafata layiq görülüb. Yazının müəllifi  Vüqar Haqverdiyevə “Caspian NavTel” şirkətinin ən son məsullarından biri olan CNT-700 modelli naviqator hədiyyə edilib.

Qeyd edək ki, bir neçə gün öncə müsabiqənin nəticələri elan olunduqda əməkdaşımızın adının qaliblər siyahısında olmaması bütün iştirakçıları təəcübləndirmişdi. Çünki müsabiqəyə yazılan bütün yazılar mətbuatda dərc olunduğundan hamı əmin idi ki, Modern.az-da çıxan “Caspian NavTel” şirkəti məni necə ziyana saldı...” adlı məqalə ən yaxşılardan biri olacaq. Amma hansı səbəbdənsə ədalətsizlik baş verdi. Yazı müəllifi Vüqar Haqverdiyevin qətiyyətindən sonra münsiflər gec də olsa ədaləti qismən bərpa etdilər.

Xatırladaq ki, sürücülər “Caspian NavTel” GPS şirkətinin təklif etdiyi naviqatorları əldə etməklə nəqliyyat yolları, tıxaclar, təmir və ya digər səbəblərdən bağlanmış yollar, radarlar, evakuatorların gəzdiyi küçələr barədə, həmçinin ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. kimi obyektlər haqqında operativ məlumatlar əldə edə bilərlər. Naviqatorlarda 60.000-dən artıq obyekt haqqında daima yenilənən məlumatlar var.

“Caspian NavTel” şirkəti məni necə ziyana saldı...” başlıqlı yazının linki -//modern.az/articles/17280/1/

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi