Modern.az

Sinoptiklərdən hava ilə bağlı daha bir xəbərdarlıq

Sinoptiklərdən hava ilə bağlı daha bir xəbərdarlıq

20 Oktyabr 2011, 13:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 20-dən 21-nə keçən gecə və səhər yağış yağacağı gözlənilir. Qurumdan Modern.az saytına verilən məlumata görə, havaının gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək. 

Rayonlarda isə oktyabrın 21-də arabir yağış yağacağı, bəzi şərq rayonlarında leysan xarakterli olacağı, gündüz qərb rayonlarında tədricən kəsiləcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. 


Havanın temperaturuna gəlincə isə gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 9-14 dərəcə isti təşkil edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti eyni zamanda tibbi-meteoroloji proqnozu açıqlayıb. Belə ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...