Modern.az

Ərdoğan Trampa müraciət etdi

Ərdoğan Trampa müraciət etdi

Dünya

13 Oktyabr 2018, 20:59

“Hörmətli Prezident Tramp, mən həmişə vurğuladığım kimi, Türkiyə məhkəməsi müstəqil şəkildə qərarını verdi”. Modern.az xəbər verir ki, bunu Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan rəsmi “Tvitter” hesabından ABŞ prezidenti Donald Trampa ünvanlayıb.

 

Ərdoğan tvitində Türkiyə məhkəməsinin qərarını müstəqil olaraq verdiyini, ABŞ və Türkiyənin iki müttəfiq kimi  iş birliyini davam edirəcəyinə və PKK, DEAŞ və FETO ilə birgə mübarizə aparıracağına ümid etdiyini qeyd edib.

 

Qeyd edək ki, bir neçə saat əvvəl Tramp “Tvitter”də Ərdoğana Rahip Brunsonun azadlığa buraxılmasında göstərdiyi köməkliyə görə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama