Xəbər verdiyimiz kimi, “Azadlıq” radiosunun Bakı bürosunun sabiq müxbiri Aygün Muradxanlı işdən səbəbsiz çıxarılmasına etiraz olaraq radionu məhkəməyə verib.
Bu gün Yasamal rayon Məhkəməsində Aygün Muradxanlının radioya qarşı qaldırdığı iddia üzrə ikinci hazırlıq iclası keçirilsə də, “Azadlıq”dan yenə heç kim prosesə gələməyib. Bu barədə Modern.az saytına Yasamal rayon Məhkəməsindən məlumat verilib. Məlumata görə, “Azadlıq” radiosuna qarşı qaldırılan iddia məhkəməsinin sonuncu hazırlıq iclası noyabrın 3-nə təyin olunub. Əgər “Azadlıq”ın nümayəndəsi sonuncu hazırlıq iclasına qatılmasa, məhkəmə radionun iştirakı olmadan baş tutacaq.
Qeyd edək ki, “Azadlıq” radiosuna qarşı Aygün Muradxanlının iddiası üzrə məhkəmə prosesi sentyabrın 16-da başlayıb. İş Yasamal rayon Məhkəməsində icraata götürülüb.
Əmək hüququnun pozulduğunu iddia edən jurnalist bunun qarşılığında 300 min dollar təzminat tələb edir.
Modern.az