Modern.az

Dövlət qurumunun rəhbəri ermənilərin “cəfəngiyat teatrı”nı ifşa edib

Dövlət qurumunun rəhbəri ermənilərin “cəfəngiyat teatrı”nı ifşa edib

20 Oktyabr 2011, 16:15

Ermənilərin Azərbaycan ərazilərinə, eləcə də mədəni irsimizə olan iddiaları nə qədər cəfəngiyat olsa  da, onlar bu istiqamətdə yorulmadan çalışırlar.
Məsələn, ermənilər belə iddia edirlər ki, guya onlar Qafqazda xristianlığı kütləvi olaraq birinci qəbul etmiş xalqdırlar və bu hadisə IV əsrin əvvəlində baş verib. Ermənilər xristian Albaniyasına məxsus olan maddi və qeyri-maddi irsin onlara mənsub olduğunu dünyaya elan edirlər.
Erməniçiliyin  ilkin “aşıq”  yaradıcılığına iddiaları var.  Ermənilərin belə iddialarının sayı-hesabı yoxdur. Onların cəfəngiyatın genetikası çoxşaxəlidir.
Azərbaycan Respublikası Müəlif Hüquqları Agentliyinin sədri Kamran İmanov erməni cəfəngiyyatlarına qarşı tutarlı cavab verib.

K.İmanovun “ERMƏNİ (YAD) EL (Lİ) nağılları” adlı kitabı yaxın günlərdə Azərbaycan dilində çap olunacaq. Bu barədə Modern.az saytına Müəllif Hüquqları Agentliyindən məlumat verilib.
Hazırda kitabın siqnal nüsxəsi üzərində iş gedir.

Kitabda  Azərbaycan mədəni ənənələrinin, irsinin ermənilər tərəfindən mənimsənilməsindən, erməni plagiatlığından söhbət açılır. Agentlik nümayəndəsinin sözlərinə görə, kitabda əks olunan məsələlər beynəlxaq ictimayyət üçün də maraqlıdır.

Qeyd edək ki,  K.İmanovun “Erməni (YAD) EL (Lİ) nağılları” adlı kitabı artıq rus, ingilis və rumun dillərində işıq üzü görüb.

Kitab iki hissədən - “Gəldim, gördüm,... mənimsədim” və “Cəfəngiyat teatrı”ndan ibarətdir.
Ermənilərin Azərbaycan ərazilərinə, eləcə də mədəni irsimizə olan iddiaları nə qədər cəfəngiyat olsa  da, onlar bu istiqamətdə yorulmadan çalışırlar. Bu baxımdan K.İmanovun tutarlı arqumentlərdən ibarət kitabının müxtəlif dillərdə çap olunması təqdirəlayiqdir.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...