Modern.az

Facebook-da Qüdrət Həsənquliyevin saxta profilini acıblar

Facebook-da Qüdrət Həsənquliyevin saxta profilini acıblar

Parlament

20 Oktyabr 2011, 17:03

Facebook sosial şəbəkəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin adından 2 saxta profil acılıb. Bu barədə Modern.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

“Sədrin müavini kimi bildirirəm ki, Qüdrət Həsənquliyevin facebook-da hər hansı bir profili yoxdur.  Bu işi görənlərədən tələb edirəm ki, təcili olaraq həmin profilləri qapatsınlar. Əgər qısa zamanda bu addımı atmasalar, huquq -mühafizə orqanlarına müraciət edib, saxta profilin kimlər tərəfindən yaradıldığını üzə cıxaracağıq. Mubarizəni bu formada aparmırlar. Bütün facebook istifadəçilərinin nəzərinə çatdırıram ki, bu profillərdən yayımlanan hər hansı bir xəbərin Qüdrət Həsənquliyevə adiyyatı yoxdur”- deyə Niyaməddin Orduxanlı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı