Modern.az

Pərviz Həşimli ATƏT-in yeni səfirinə "Xural" qəzetinin məsələsini çatdırıb

Pərviz Həşimli ATƏT-in yeni səfirinə "Xural" qəzetinin məsələsini çatdırıb

20 Oktyabr 2011, 17:40

Hüquq müdafiəçisi Koray Tarqayla görüşündə Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərinin icra vəziyyətindən danışıb

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli ATƏT-in Bakı Ofisinin yeni rəhbəri səfir Koray Tarqayla görüşüb.

Hüquq müdafiəçisinin verdiyi məlumata görə görüş tanışlıq xarakteri daşıyıb: «Bununla belə Azərbaycanda insan hüquq və azadlıqları sahəsində vəziyyətə toxunduq. Azərbaycanın ATƏT qarşısında üzərinə götürdüyü öhdəliklərin icra vəziyyəti barədə səfiri məlumatlandırdım. Həmçinin, vəkillərə qarşı təzyiqlər, «Xural» qəzetinin əmlakının müsadirə olunması, 2 aprel məhbuslarının taleyi barədə də müzakirələrimiz oldu».

P.Həşimlinin sözlərinə görə, ATƏT-in yeni səfiri ölkəmizdəki prosesləri diqqətlə izlədiyini deyib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...