Oktyabrın 21-də saat 12:00-dan 13:00-dək Səbail rayonu Bibiheybət qəsəbəsi 51 saylı orta məktəbdə “Azəriqaz” İstehsalat Birliyinin məsul işçilərinin və rayon Qaz İstismar Sahəsi rəhbərliyinin iştirakı ilə səyyar “Açıq mətbuat saatı” keçiriləcək. Həmin vaxt ərzində Səbail rayonu ərazisindəki abonentlərlə canlı ünsiyyət qurulacaq, rayonun təbii qazla təminatında mövcud olan problemlər yerində araşdırılacaq və onların aradan qaldırılması üçün operativ tədbirlər görüləcək.
"Abonentlərdən və KİV nümayəndələrindən “Açıq mətbuat saatı”nda fəal iştirak etmələri xahiş olunur. Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələri 21 oktyabr saat 10:30-dək (012)521-22-69 və (012)521-22-25 nömrəli telefonlarla əlaqə saxlayaraq “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərlər"-deyə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.
Modern.az