Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hazırladığı “QHT Məsuliyyət Xartiyası” və “QHT fəaliyyətinin keyfiyyət standartları və sertifikatlaşdırma modeli” sənədlərinin regionlarda müzakirəsi davam edir.
Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, bu gün Gəncə şəhərində yerli və ətraf 9 rayonu təmsil edən QHT rəhbərlərinin iştirakı ilə ictimai fəaliyyət üçün mühüm əhəmiyyətə malik bu sənədlərin növbəti müzakirəsi keçirilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bldirib ki, bu sənədlərin hazırlanmasında və qəbul edilməsində məqsəd yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətini daha da səmərəli qurmaq, QHT idarəetməsini təkmilləşdirmək və QHT fəaliyyətinin beynəlxalq müstəvidə qəbul edilmiş hüquqi və etik normalara uyğun şəkildə yerinə yetirilməsində təşkilatlara yardım etməkdir.
Modern.az