Britaniya polisinin partlayıcı qurğuların zərərsizləşdirilməsi bölməsinin əməkdaşları parlament binası yaxınlığında aşkarlanan şübhəli əşyanı məhv ediblər. Modern.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, əməliyyatda partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan robotdan istifadə olunub.
22:56
Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb. Modern.az xəbər verir ki, buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır.
Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb.
Polis ərazidə müvafiq tədbirlər görür.