Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırki seçki məcəlləsi ilə gedəcəklərini açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o parlament çoxluğunun məcəlləyə son dəyişiklikləri rədd etmələrinə təəssüf edib.
“Hökumətin Seçki Məcəlləsinə verdiyi təklif iflasa uğradı. Dəyişikliklər Məcəllənin daha ədalətli, demokratik və sadə olmasına hesablanmışdı. Parlamentdəki çoxluq sabotaj edərək buna imkan vermədi. Onlara seçkiləri revanşa çevirmək şansı verməyəcəyik”.