Modern.az

Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILIB  

Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILIB  

23 Oktyabr 2018, 13:52

Son illər olduğu kimi, 2019-cu ilin dövlət büdcəsindən də bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq.

Modern.az-ın məlumatına görə, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bu sırada  Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri də olacaq.

2019-cu ilin dövlət büdcəsində Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat, Gəncənin gəlirləri  47 milyon manat, Sumqayıtın gəlirləri  90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib.

 

Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?