Modern.az

Ramil Səfərov adına idman zalı açıldı (FOTOLAR)

Ramil Səfərov adına idman zalı açıldı (FOTOLAR)

Qarabağ

25 Oktyabr 2011, 11:51

“Cənub” idman klubu Ramil Səfərov adına idman zalının açılışını təşkil edib. Bu münasibətlə Kikboksinq və Muay-tay üzrə Azərbaycan klublararası birinciliyi də keçirilib. Açılış mərasmində idmaçılarla yanaşı, xüsusi fəxri qonaqlar da iştirak edib. Onlar sırasaında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də olub.
Partiyanın Gənclər Təşkilatının sədri Seymur Həsənli bildirib ki, atılmış addım yalnız idman sahəsində deyil, həm də milli-vətənpərvərlik hisslərinin təbliğində xüsusi önəm kəsb edir. “Azərbaycanda idman sahəsində böyük uğurlar qazanılır. Amma iştirakımızla açılan zal xüsusi önəm kəsb edir. Çünki bu zal Macarıstanda ermənini öldürən Ramil Səfərovun adınadır. O erməni ki, Azərbaycan bayrağını təhqir edirdi. Buna görə qəhrəmanımıza göstərilən bu sayqı daha geniş ictimai vüsət almalıdır”.

“Cənub” idman klubunun rəhbəri Samir Həsənov isə idmançıların qazandıqları uğurlar və rəhbəri olduğu klub barədə məlumat verib. “Mənim yaşca ən kiçik tələbəmin ən böyük arzusu böyüyəndə Mübariz İbrahimov kimi, Ramil Səfərov kimi qəhrəman olmaqdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev belə möhtəşəm bir tədbirdə iştirakdan məmnunluq duyduğunu qeyd edib. “ Əvvəla belə əlamətdar zalın açılışını təşkil edən təşkilatçılara təşəkkür edirəm. Mən çox qürur duyuram ki, “Cənub” idman klubu bu zalın adına Ramil Səfərov kimi qəhrəman gəncimizin adını ver            ib. İnanıram ki, bu xəbər Ramilin özünə çatanda o da sevinəcək ki, unudulmayıb. Ümid edirəm ki, növbəti dəfə açılacaq zala Milli Qəhrəman Mübariz İbrahimovun adı veriləcək. Bu gün Azərbaycanda istər dövlət səviyyəsində, istər fərdi şəkildə idmana dəstək var. Biz də istənilən halda siz gənclərə, idmançılara dəstək verməyə hazırıq”.

Daha sonra zalın açılışına təşkilti dəstək göstərən “Azər Med” şirkətinin icraçı direktoru Asim Kazımov və digər qonaqlar çıxış edib. Sonda yarışın təşkilində göstərdikləri dəstəyə görə MDHP sədri Fərəc Quliyev, Gənclər Təşkilatının sədri Seymur Həsənli, gənclər üzrə müşavir Şəhla Feyruzbəyli və digər şəxslər “Fəxri Diplom”la təltif olunub.





Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal