Modern.az

Milli Məclis Türkiyədəki zəlzələdə ölənlərin xatirəsini yad etdi

Milli Məclis Türkiyədəki zəlzələdə ölənlərin xatirəsini yad etdi

25 Oktyabr 2011, 12:08


Modern.az
saytının məlumatına görə, bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilir. Bu, parlamentin payız sessiyası dövründə üçüncü iclasıdır.
İclasın əvvəlində deputatlar Türkiyənin Van bölgəsində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeri-daimi üzv seçilib. Bunu Azərbaycan Prezidentinin xarici siyasətinin uğuru kimi qiymətləndirən Oqtay Əsədov bu münasibətlə Azərbaycan xalqını və Prezidentini təbrik edib.
Sonra iclas öz işini davam etdirib.
İclasda “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununun layihəsi birinci oxunuşda müzakirə olunacaq. Bununla yanaşı, iclasda “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmək haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” qanunlara əlavələrin və dəyişikliklərin edilməsi də nəzərdə tutulub. 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı