Modern.az

NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək

NATO Avropada yeni nüvə raketləri yerləşdirməyəcək

Dünya

24 Oktyabr 2018, 13:23

NATO Baş katibi Yens Stoltenberq hərbi alyansın Avropada yeni nüvə raketləri yerləşdirməyəcəyini açıqlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə “Facebook”-da açıqlamasında deyib.

 

“Biz yeni soyuq müharibə istəmirik. Ona görə də Moskvanın hazırladığı yeni silahlara cavab olaraq Avropada nüvə raketləri yerləşdirməyəcəyik. Bununla belə, Moskvanın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi barədə Müqavilənin şərtlərini pozduğunu nəzərə alaraq başqa yollarla cavab tədbirləri görəcəyik”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil