“Əl-Cəzirə” telekanaının xəbərinə görə, Liviyanın devrilərək öldürülmüş lideri Müəmmər Qəddafinin meyiti bilinməyən bir yerə torpağa basdırılıb.
Liviyanın Milli Keçid Şurasıdakə bir mənbə Qəddafinin meyitinin gizli bir yerə basdırıldığını telekanala açıqlamasında bildirib. Həmin yerin hansısa səhranın bir yerində olsuğu söylənilir. Bu onunla izah olunub ki, ölkə rəhbərliyi sabitlik üçün belə addım atıb. Yəni çürüyən cəsəd üzündən hər hansı çəkişmə baş verməsin.
Qəddafinin cənazəsi dünənədək Misratada bir meyitxanada sərgilənirdi.
Modern.az