Modern.az

Milli Məclisdə eks-prezidentlərlə bağlı qanun layihəsinin səsverməsi oldu: 110 lehinə, 3 əleyhinə

 Milli Məclisdə eks-prezidentlərlə bağlı qanun layihəsinin səsverməsi oldu: 110 lehinə, 3 əleyhinə

25 Oktyabr 2011, 14:04

Modern.az saytının məlumatına görə, bu gün Milli Məclisin payız sessiyasının növbəti iclasında eks-prezidentlərlə bağlı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.  

“Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” qanun layihəsinin müzakirəsi yekunlaşandan sonra sənədin səsverməsi olub.
Səsvermə zamanı 100 nəfər qanun layihəsinin lehinə, 3 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səsvermədə iştirak etməyib.
Beləliklə “Azərbaycan Respublikasının keçmiş prezidenti və onun ailə üzvlərinin təminatı haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı