Modern.az

Qənirə Paşayeva Bolqarıstan türklərilə görüşüb (FOTOLAR)

Qənirə Paşayeva Bolqarıstan türklərilə görüşüb (FOTOLAR)

Təhsil

25 Oktyabr 2011, 14:24

AŞPA-nın Bolqarıstanda keçirilən prezident və bələdiyyə seçkilərini  müşahidə missiyasının üzvü kimi bu ölkədə səfərdə olan millət vəkili,  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Bolqarıstan Parlamentinin vitse-spikeri, bu ölkənin  böyük partiyalarından olan Hak və Özgürlüklər Hərəkatının Mərkəz Yönətim Qurumunun üzvü  Hristo Biserov,  Hərəkatın sədr müavini Rüşen Rza,  baş katibi Mustafa Karadayı,  Türk kökənli millət vəkili Çətin Kazak və partiyanın bir sıra digər rəsmi şəxsləri ilə görüşüb. 
Görüşlər zamanı millət vəkilinə  Bolqarıstanda yaşayan  türklərin vəziyyəti,  onları  narahat edən problemlər barədə  ətraflı məlumatlar verilib və geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva bildirib ki, Azərbaycan dünyanın hər yerində yaşayan  türklərlə, o cümlədən Bolqarıstanda yaşayan bacı-qardaşlarımızla əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
Görüşlər zamanı millət vəkili  Qənirə Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə ətraflı məlumatlar verib. Millət vəkili təkcə 20-ci əsrin sonunda deyil, 20-ci əsrin əvvəllərində də erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin dinc azərbaycanlılara, Azərbaycan türklərinə qarşı soyqırımlar törətdiyini onların diqqətinə çatdırıb. O, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin,  Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin,  İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.

Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar.  
“Bizi maraqlandıran və narahat edən məsələlərlə bağlı daima bir-birimizə dəstək göstərməli, biri-birimizin yanında olmalıyıq”- deyən millət vəkili  Azərbaycan  türklərinin  də  hər zaman Bolqarıstanda yaşayan bacı-qardaşlarımızın  yanında olduğunu deyib.  Görüşlər zamanı Azərbaycanın inkişafı ilə də bağlı geniş məlumatlar verən Qənirə Paşayeva onları Azərbaycana dəvət edib.

Azərbaycanı sevdiklərini bildirən Hərəkat rəsmiləri həm ölkələri, həm də Azərbaycan türkləri ilə Bolqarıstan türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar və bu istiqamətdə səylərini bundan sonra daha da artıracaqlarını deyiblər/
 Azərbaycana gəlməkdən hər zaman böyük məmunluq duyduqlarını da bildirən Hak və Özgürlüklər Hərəkatının rəhbərləri  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində partiyasının səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər.






Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...