Çexiya Səudiyyə Ərəbistanından olan jurnalist Camal Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanındakı səfirini geri çağırdı.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Tomas Petriçek bildirib.
Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Jurnalistin amansızlıqla qətlə yetirildiyi bildirilir.