Modern.az

Milli Məclis «Prokurorluq haqqında» qanuna dəyişikliklər etdi

Milli Məclis «Prokurorluq haqqında» qanuna dəyişikliklər etdi

25 Oktyabr 2011, 16:28

Milli Məclisin oktyabrın 25-də keçirilən iclasında müzakirəyə çıxarılan sənədlərdən biri də ““Prokrorluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsi olub.

Müzakirələrdən sonra parlament «Prokurorluq haqqında» qanuna dəyişikliklər edib.

Belə ki, qanuna «əməliyyatçı» anlayışı salınıb. Həmçininsənədə  prokurorluğun fəaliyyət istiqamətlərinə korrupsiya ilə bağıl cinayət üzrə cinayət işinin başlanılmasını və istintaqının aparılmasını təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyəti həyata keçirmək daxil edilib.

Qanunla Azərbaycan Respublikasının Baş Prokurorluğunun struktrunda idarə və şöbələrin tərkibinə idarə rəisləri, idarə rəislərinin müavinləri və şöbə rəisləri ilə yanaşı, əlavə olaraq prokurorlar, müstəntiqlər və əməliyyatlçılar daxil edilib.

Başqa bir dəyişikliklə prokurorluğun müstəntiqlərinin və əməliyyatçılarının xüsusi və ya hərbi rütbələri Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş müvafiq hərbi və xüsusi rütbələrinə bərabər tutulur.

Milli Məclis bununla yanaşı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara dəyişiklikləri də təsdiqləyib.

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliyə əsasən əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar  korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumatları istisna olmaqla prokuror nəzarətinin predmetinə daxil edilmir.

Parlamentin iclasında həmçinin «Cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi haqqında» Saziş də təsdiqlənib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi