Ermənistanın baş naziri Nikol Paşinyan Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonla danışıqlar aparıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan danışıqların müsbət sonlandığını açıqlayıb.
“Danışıqlar müsbət atmosferdə keçdi. Ermənistan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırmağı planlaşdırırıq”- deyə Paşinyan Facebook-da yazıb.