Modern.az

Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Sabah Bakıya yağış, rayonlara qar yağacaq

25 Oktyabr 2011, 16:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, yağış yağacağı, gecə bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Arabir güclü qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda gecə 1-4 dərəcə, gündüz 5-8 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11 dərəcə şaxta təşkil edəcək. 

Hava şəraitinin qısa icmalına gəlincə yaxın günlərdə Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi