Modern.az

Samir Şərifovla Əhməd Əhmədzadə Dünya Bankı ilə 114,3 milyon dollarlıq saziş imzaladılar (FOTO)

Samir Şərifovla Əhməd Əhmədzadə Dünya Bankı ilə 114,3 milyon dollarlıq saziş imzaladılar (FOTO)

25 Oktyabr 2011, 17:03

Oktyabrın 25-də Azərbaycan hökuməti və Dünya Bankı arasında “Su İstifadəçiləri Birliklərinin İnkişafının Dəstəklənməsi Layihəsi”  üçün 76,8 mln ABŞ dolları ekvivalentində Beynəlxalq İnkişaf Assosiasiyası krediti və 3,2 mln ABŞ dolları məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı krediti üzrə hüquqi sazişlər imzalanıb.
Hökumət tərəfindən maliyyələşəcək 34,3 mln ABŞ dolları da nəzərə alınmaqla layihənin ümumi dəyəri 114,3 mln ABŞ dolları təşkil edir.

Sazişlər Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Jozef Ouen tərəfindən imzalanıb. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın kənd təsərrüfatının potensialının realizasiya olunmasına kömək edəcək layihə respublikanın 27 rayonunda yerləşən 760 min kiçik fermer təsərrüfatlarında məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaranmasına, fermerlərin və kənd sakinlərinin gəlirlərinin artmasına, habelə ölkədəki təsərrüfatlararası suvarma şəbəkələrinin idarə edilməsinin daha da gücləndirilməsinə imkan verəcək.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama