Dəyişikliklərə əsasən Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə Balıqçılar qəsəbəsi, Ləj, Kənarmeşə, Kosalar, Şıxakəran, Şovu, Qurumba, Bəliton və Tuado kənd inzibati ərazi dairələri yaradılıb. Bu ərazi dairələrinin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsi barədə qərar qəbul edilib.
Milli Məclis Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə də qismən dəyişikliklər edib. Dəyişikliyə əsasən, Gədəbəy rayonunun Ağamalı kəndi Çanaqçı, Əliismayıllı kəndi Alnabat kəndi, Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılıb. Həmçinin Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndinin adı dəyişdirilərək Qızıltorpaq kəndi adlandırılıb.
Modern.az