Modern.az

“Yapon Samuray”ı Azərbaycan yollarında

“Yapon Samuray”ı Azərbaycan yollarında

25 Oktyabr 2011, 17:58

“Nurgün Motors” gündəlik istifadə üçün çox sərfəli imkanlara malik, Azərbaycan yollarına ən yaxşı adaptasiya olunmuş, praktik və yanacağa qənaətcil Nissan Sunny avtomobilini sərfəli şərtlərlə alıcılarına təklif edir.

İdman üslubunda dizayn olunmuş Nissan Sunny alıcılara 4 pilləli avtomat sürət qutusuna malik komplektasiyalarda təqdim olunur. Avtomobilin 1,6 litrlik mühərriki 116 at gücünə malikdir. İdman üslubunda restaylinq olunmuş Nissan Sunny avtomobilində dizaynerlər ön hissədə yerləşən xrom materialdan hazırlanmış radiator barmaqlığına, ön buferə və faralarına əl gəzdiriblər. Nəticədə avtomobilsevərlərə daha kompakt, dinamik və rahat nəqliyyat vasitəsi bəxş edə biliblər. Nissan Sunny-nin yenilənmiş eksteryerində diqqət çəkən başqa dizayn elementləri kimi kuzov rəngində moldinqlər və arxa görüntü güzgüsü, ön halogen fənərlər və arxa duman əleyhinə fənərlərin adını çəkmək olar. Bu sadalanan elementlərin harmoniyası Nissan Sunny-nin xarici görünüşünü daha cazibədar edir. Salonun  təchizatı da xüsusi zövqlə işlənib, burada hər bir detal sürücünün və sərnişinlərin rahatlığına hesablanıb: kondisioner, audiosistem AM/FM maqnitola, 4 dinamiklə təchiz olunmuş CD/MP3 çalar, ön və arxa elektrik şüşəqaldıranlar, sükanın hidravlik gücləndiricisi, mərkəzi konsoldakı rəqəmsal saat və stəkanaltılar salon daxili dizayna bir özəllik bəxş edir. Hündürlüyə görə tənzimlənən multifunksional sükan, yük yerinin işıqlandırılması və yanacaq çəninin salondan distansion açılması da sürücüyə bəzi məqamlarda böyük üstünlüklər verir.Avtomobilin təhlükəsizlik sistemi də yüksək səviyyədə hazırlanıb. Sürücü və sərnişinlər salon təchizatına daxil olan təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları hesabına hər cür təhlükədən sığortalanıblar. Avtomobil həmçinin ABS əyləc sistemi ilə, mərkəzi kilid və immobilayzer adlanan pultla da təchiz olunub. Yanacaq qənaətcilliyi ilə də seçilən Nissan Sunny-nin çəninin maksimal tutumu 55 litrdir.

İdman üslublu Yeni Nissan Sunny-ni Nissan salonlarından bütün xərclər daxil olmaqla cəmi 2800 manat ilkin ödənişlə əldə edə bilərsiniz. 1 illik sığorta xərci isə Nurgün Motors və Rəvan Sığorta tərəfindən hədiyyə olunur.

“NURGÜN Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

“Nurgun Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama