Modern.az

Nazir Çevik Polis Alayına 18 namizədi sıra baxışından kənarlaşdırdı

Nazir Çevik Polis Alayına 18 namizədi sıra baxışından kənarlaşdırdı

25 Oktyabr 2011, 18:36

Oktyabrın 25-də Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib. DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Əvvəlcə qarşılanma olub, ÇPA-nın komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 265 namizədin düzüldüyü ayrı-ayrı kalonları gəzib, polis əməkdaşı adına iddiaçıların zahiri görünüşü, fiziki hazırlığı ilə maraqlanmış, bəzi irad və tövsiyyələrini bildirib, ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb parametrlərə uyğun gəlməyən 18 namizəd sıra baxışından kənarlaşdırılıb.

Tədbirin sonunda nazir Ramil Usubov  sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərə gələcək  çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar DİO-nun ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, öz üzərlərində işləyəcək, peşəkarlıqlarını daim artıracaq,  respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında öz səylərini əsirgəməyəcəklər.                                                                    

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama