Modern.az

Sarkisyan kəndə köçür

Sarkisyan kəndə köçür

Dünya

26 Oktyabr 2018, 12:24

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan noyabr ayının sonlarında hökumət iqamətgahını tərk edəcək.

 

Modern.az Ermənistanın “Qrapark” qəzetinə istinadən xəbər verir ki, keçmiş prezident Sarkisyan ailə üzvləri ilə birlikdə Kotayk vilayətinin Dzoraxpyur kəndində öz kürəkəni Mikael Minasyana məxsus malikanəyə köçəcək.

 

Paşinyanın mətbuat katibi Arman Yeqiyan Sarkisyanın hökumətin yaşayış kompleksini tərk edəcəyini açıqlayıb. O, keçmiş prezidentə statusuna uyğun olaraq daimi yaşayışı üçün 10 fərqli malikanənin təqdim olunduğunu, amma təkliflərin hamısının geri çevrildiyini deyib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil